reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "The Sense De Luxe”də -hazırlıq planı məlum oldu


"Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb. 

Sportfm.az xəbər verir ki, “ağ-qaralar”ın üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək. 

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”, ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberets, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə hələ bəlli deyil.

Oxşar xəbərlər

"Neftçi" toplanışa itkilərlə yollandı - Antalya şəhərinə
"Zirə"nin rəqibləri məlum oldu
"Neftçi Polşa klubu ilə qarşılaşacaq
“Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşdi
“Zirə”nin qış hazırlıq planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər