"Neftçi" toplanışa itkilərlə yollandı -Antalya şəhərinə
"Neftçi" klubu qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşür.
Sportfm.az xəbər verir ki, "ağ-qaralar"ın günün ikinci yarısında qonşu ölkəyə çatacağı gözlənilir.
Dizindən əməliyyat olunan qapıçı Aqil Məmmədov hazırlıq prosesində iştirak etməyəcək. Koronavirusa yoluxmuş Sezar Meza Kolli ilə Tiaqo Bezerra, Afrika Millətlər Kubokunun oyunları üçün Qvineya millisinin düşərgəsində olan Mamadu Kane və karantində olan Xorxe Korrea Türkiyədə kollektivə qoşulacaq.
Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Antalyada olacaq. Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu, yanvarın 24-də isə Bolqarıstanın "MOİK 1948" komandası ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Hava şəraiti "Neftçi"yə mane oldu - Toplanış
"Neftçi"nin Antalyadakı son rəqibi məlum oldu - Toplanış
"Zirə"dən bir ilk - Toplanış üçün Antalyaya yollandı
“Neftçi”nin qış hazırlıq planı məlum oldu - 3 yoxlama görüşü keçirəcək
"Neftçi" "The Sense De Luxe”də - hazırlıq planı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası