reklam
Sportfm.az xəbər saytı

"Azərreyl" Super Liqaya qələbə ilə başladı


Voleybol üzrə qadınlar və kişilər arasında 2018-2019 Azərbaycan Çempionatı “Super Liqa” yarışlarına 22 dekabr tarixində start verilib.

Sportfm.az xəbər verir ki, Dərnəgüldə yerləşən Voleybol Mərkəzində ilk olaraq kişi komandalarının görüşü keçirilib. Neftçi komandası U-19 komandasını qəbul edib. İlk hissədə Neftçi komandası 25-16 hesabı ilə rəqini məğlub edib. II hissədə Akif Vəliyevin yetirmələri seti qazanmağa yaxın olsalar da bu hissənin  də sevinən tərəfi Neftçi klubu olub. Gənc oyunçulardan ibarət olan U-19 komandası əlinən gələni etsə də, oyunun taleyini dəyişə bilməyib.  

Neftçi – U-19 3-0 (25-16, 32-30, 25-18) 

Qadın komandaları arasında keçirilən Ölkə Çempionatında ilk oyun Azərreyl – Lokomotiv klubları arasında keçirildi. İlk hissədə 25-17 hesabı ilə Azərreyl  klubu qalib gəldi. II hissədə Lokomotiv komandası setə daha fəal başladı buna baxmayaraq üstünlüyü sona kimi daşıya bilmədi. Beləliklə II və III hissələr də Azərreyl komandasının xeyirinə sona çatdı. 

Azərreyl – Lokomotiv 3-0 (25-17, 25-19. 25-21) 

Qeyd edək ki, qadınlar və kişilər arasında keçirilən Azərbaycan Çempionatı “Super Liqa” yarışlarında növbəti turun oyunları yanvar ayında keçiriləcəkdir.

Oxşar xəbərlər

"Azərreyl" II dövrəni də qalib başa vurdu
"Azərreyl" qalibiyyətlə başladı
"Lokomotiv" və "Neftçi"dən növbəti qələbə
Azərbaycan Çempionatında I turun növbəti oyunları keçirildi
Azərbaycan çempionatı başlayır - cəmi 4 komanda ilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər