Azərbaycan Çempionatında I turun növbəti oyunları keçirildi
Azərreyl Voleybol Mərkəzində kişilər və qadınlar arasında Azərbaycan Çempionatında I turun növbəti oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Lokomotiv klubu MOİK komandasını qəbul etdi. İlk hissədə 25-19 hesabı ilə Calalovun yetirmələri qalib gəldilər. İkinci hissə gərginliyi ilə yadda qaldı. Setin sonuna kimi gərginlik davam etsə də, sonda yenə sevinən 26-24 hesabı ilə Lokomotiv komandası oldu. Görüşün son setində Lokomotiv 25-23 hesabı ilə qalib gələrək çempionatda ilk qələbəsini qazandı.
Bu gün qadınlar arasında keçirilən Ölkə Çempionatının növbəti oyununda AVF komandası Abşeron klubunu qəbul etdi. I setdə AVF 25-19 hesabı qalib gəldi. II hissədə Abşeron komandası setə üstün başladı və 25-14 hesabı qalib gələrək hesabı bərabərləşdirdi (1-1). III hissədə də Abşeron klubu böyük üstünlüklə qalib gəldi 25-17. IV setdə hər iki komanda qələbə qazanmaq üçün əlindən gələni etdi. Setin sonlarına yaxın AVF qələbəyə yaxın idi amma buna baxmayaraq Abşeron klubu toparlanaraq 25- 21 hesabı ilə IV hissədə qalib gəldi.
Lokomotiv – MOİK 3-0 (25-19, 26-24, 25-23).
AVF - Abşeron 1-3 (25-19, 14-25, 17-25, 21-25)
Oxşar xəbərlər
“Azərreyl” və “Abşeron”dan növbəti qələbə - Yüksək Liqa
"Azərreyl" II dövrəni də qalib başa vurdu
"Azərreyl" qalibiyyətlə başladı
"Lokomotiv" və "Neftçi"dən növbəti qələbə
"Azərreyl" Super Liqaya qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası