Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnir keçirildi -FOTO
Dekabr ayının 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib.
Sportfm.az xəbər verir ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edib, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib.
Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
Yarışa qadınlar start verib. Zərif cinsin nümayəndələrinin mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kq (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kq (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kq (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutub.
Açılış mərasimindən sonra yarış kişilərin mübarizəsi ilə davam edib. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kq (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kq (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kq (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar.
Sonda körpücük üzərinə ustadlar çıxıblar. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb. O, toplam 169 kq (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kq (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kq (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatında 100-dən çox atlet qüvvəsini sınadı - Nəticələr
Birincilik davam edir
Azərbaycanın ən güclüləri məlum oldu
Mərziyyə Azərbaycanın ən güclü qadınıdır - FOTO
Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













.jpg)

Misli Premyer Liqası