“Beşiktaş” Azərbaycanın cəbhə bölgəsinə yardım edir
“Beşiktaş”ın Azərbaycandakı azarkeşləri kənd məktəblərinə yardım kampaniyası təşkil edib.
Sportfm.az xəbər verir ki, kampaniya çərçivəsində ölkənin ucqar bölgələrində yaşayan azyaşlılara humanitar yardım edilməsi nəzərdə tutulub.
Bu il ikinci dəfə təşkil olunan yardım kampaniyasında toplanan vəsaitlər cəbhə bölgəsinə aparılacaq.
“Beşiktaş”lılar Ağdamda yaşayan məktəbliləri müxtəlif dərs, geyim və oyun ləvazimatları ilə təmin etmək niyyətindədi.
Kampaniyanın ümumi məqsədi isə imkansızlıq səbəbiylə təhsildən uzaq qalan azyaşlılara imkan daxilində töhfə verməkdi.
İanələr, əsasən, sosial şəbəkələr vasitəsilə toplanır. Yardım etmək istəyənlər feysbukda “Kənd məktəblərinə yardım” qrupuna müraciət edərək öz yardımlarını cəbhə bölgəsinə göndərə bilərlər.
“Beşiktaş”ın könüllü qrupu kampaniya çərçivəsində bu ilin aprel ayında ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.
Oxşar xəbərlər
"Beşiktaş"dan deprəmzədələrə növbəti yardım
Altay Əliyev orduya maddi yardım etdi - FOTO
"Zirə"nin baş məşqçisi döyüş bölgəsində - FOTO
"Qarabağ" 1500 ailəyə yardım etdi - FOTO
"Beşiktaş" fanatları Ağcabədidə - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Emrelinin komandasından ikinci qələbə
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa















Misli Premyer Liqası