reklam
Sportfm.az xəbər saytı

"Neftçi"dən azarkeşlərə müraciət


Misli Premyer Liqasında VIII turun “Qarabağ”la səfər matçını yerindən izləmək istəyən “Neftçi” azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb.

Sportfm.az xəbər verir ki, bu barədə paytaxt klubunun müraciətində bildirilir.

Həmin sektorlara daxil olmaq istəyən azarkeşlərdən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın “B” girişinə yaxınlaşmaları xahiş edilir.

Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-dək “Neftçi” könüllüsü azarkeşlərin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək.

Müraciətdə daha sonra deyilir: “Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun “B” girişində biletin səni gözləyir!

Matçı 25, 26, 27 və 28-ci sektorlarda “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə birgə izləmək istəyənlər üçün isə biletlərin əldə edilməsi prosesi “Palms Sports Arena”nın kassalarında davam edir. Oyun günü saat 17.00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşlərin “Palms Sports Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna daşınmasını həyata keçirəcək.

Tribunada yerini al, 90 illiyimizdə yanımızda ol”!

Oxşar xəbərlər

“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
“Neftçi”nin açıq məşqi olacaq
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Qarabağ" azarkeşlərə müraciət etdi
Azarkeşlərinə ekspres avtobuslar ayırdı - “Neftçi”dən jest

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər