reklam
Xətai Bağırov 4 oyun
Sportfm.az xəbər saytı

Xətai Bağırov 4 oyun "dincələcək"


AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə futzal liqalarında baş verən hadisələrlə bağlı qərarlar qəbul edilib.

13 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının, “Liman” – “Yasamal” FK matçında “Liman” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz”  – EKOL matçının 36-cı dəqiqəsində “Araz” klubunun 11 №-li futzalçısı Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

20 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bədr FK Xocalı”  – “Borçalı” matçının 14-cü dəqiqəsində “Bədr FK Xocalı” klubunun 14 №-li futzalçısı Ceyhun Mürşüdlü aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).

Oyunun 14-cü dəqiqəsində “Borçalı” klubunun 92 №-li futzalçısı Asif İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).

20 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının, “Baker Hughes” – “Təbriz” matçında “Baker Hughes” komandassı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının U-19   – “Yasamal” FK-B  matçının 23-cü dəqiqəsində U-19 klubunun 3 №-li futzalçısı Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

22 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının, “Abşeron” FK – “Metropoliten” matçında “Abşeron” komandassı iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Oxşar xəbərlər

Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Paytaxt futzalçılarına texniki məğlubiyyət verildi
"Hicran"ın baş məşqçisinə ağır cəza
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Rövşən Hüseynli cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər