Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Aqil Məmmədov "yuvaya döndü" -FOTO
"Neftçi” daha bir transferi rəsmiləşdirib.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, "Qəbələ"dən ayrılan Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper "ağ-qaralar"ın heyətində 30 nömrəli formanı geyinəcək.
Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.
Qeyd edək ki, bundan əvvəl "Neftçi" mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.
Oxşar xəbərlər
Xəyal Nəcəfovun yeni klubu - Transfer
"Neftçi" "Qəbələ"nin daha bir futbolçusunu transfer etdi - FOTO
"Fənərbaxça"da oynayan futbolçu "Neftçi" ilə müqavilə bağladı
Litva çempionu "Neftçi"də - FOTO
"Neftçi" bu transferi reallaşdırdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası