reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Qəbələ"nin daha bir futbolçusunu transfer etdi -FOTO


“Neftçi” daha bir transferini rəsmiləşdirib. 

Sportfm.az klubun saytına istinadən xəbər verir ki, fransalı futbolçu Stiven Jozef-Monroz ilə 2 il müddətinə müqavilə bağlanıb. 

28 yaşlı hücumçu yeni komandasının heyətində 28 nömrəli formanı geyinəcək. 

Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Jozef-Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb. 

"Neftçi” bundan əvvəl müdafiəçi Voyislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.

Oxşar xəbərlər

Fransalı hücumçu "Neftçi"dən ayrılır - Komanda axtarışına başladı
Donald Gerye rəsmən "Neftçi"də - FOTO
"Neftçi” daha bir futbolçu transferini gerçəkləşdirdi - FOTO
Dario Bakıya geri döndü - 2 il "Neftçi"də
"Neftçi"dən rəsmi transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər