reklam
Millinin baş məşqçisi qovuldu
Sportfm.az xəbər saytı

Millinin baş məşqçisi qovuldu


Futbol üzrə Suriya millisinin baş məşqçisi Bernd Ştange vəzifəsindən göndərilib.

Sportfm.az xəbər verir ki, bu barədə Suriya Ərəb Futbol Federasiyası məlumat yayıb.

Alman mütəxəssisin göndərilməsinə səbəb hazırda yığmanın Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunun qrup mərhələsində İordaniyaya 0:2 hesabıyla uduzması olub.

Ştange 2018-ci ilin fevralından Suriya millisinə rəhbərlik edirdi. Yığmanın "sükan"ı Fəcr İbrahimə tapşırılıb.

Suriya millisi yanvarın 15-də Avstraliya ilə üz-üzə gələcək. Qrup mərhələsində Fələstin, Avstraliya və İordaniyayla mübarizə aparan Suriya millisi 1 xalla, 3-cü yerdə qərarlaşıb.

Yanvarın 5-də start götürən Asiya kubokunda 24 ölkə mübarizə aparır.

Oxşar xəbərlər

Suriya yığması Lippini işsiz qoydu
Asiya kuboku: BƏƏ Avstraliya səddini keçdi
Suriya millisi "Qarabağ"a qalib gəldi
"Qarabağ” Suriya yığmasına qarşı oynayacaq
İllərdir müharibə gedən ölkənin yığması uğurlu çıxışını davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər