Azərbaycanlı futbolçuya: "İnsanların üzərinə dəmir hasardan və stadiondan tullanma"
Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın "Spartak" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.
Sportfm.az xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi İnstaqram hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.
H. Nurməhhəmədov sosial şəbəkədə "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma" fikirlərini səsləndirib.
Qeyd edək ki, "Spartak" klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçunun başqa kluba keçidinə icazə verilmədi
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
Ayaz Quliyev Rusiya millisini seçəcək - İddia
"Bu cəza Həbibin ruhunu pozmayacaq" - Ayaz Quliyev
"Məşqdə futbolçular mənə bəzən "Həbib Nurməhəmmədov" deyirlər" - Ayaz Quliyev debüt etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası