reklam
Bir gündə 3 oyun -
Sportfm.az xəbər saytı

Bir gündə 3 oyun -Klublarımız Antalyada


Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları yoxlama oyunları keçirirlər.
Sportfm.az xəbər verir ki, bu gün təmsilçilərimizin iştirakı ilə 3 qarşılaşma baş tutacaq. 
İlk matçına çıxacaq "Zirə" Qazaxıstan təmsilçisi ilə qarşılaşacaq. Belə ki, Samir Abasov komandasını "Taraz”la oyunda sınayacaq. Premyer Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
"Zirə” Türkiyədə daha 3 sınaq matçı keçirəcək. Paytaxt təmsilçisi yanvarın 18-də "Voluntari” (Rumıniya), 23-də "Vorskla” (Ukrayna), 26-da isə "Şkupi” (Makedoniya) ilə qarşılaşacaq.
"Səbail" də Türkiyədə ilk yoxlama matçına çıxacaq və Macarıstanın "Aqvital” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.
Qeyd edək ki, "Aqvital” Macarıstanın birinci divizionunda çıxış edir. "Səbail" Antalya hazırlığı müddətində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Qış fasiləsində sınaq matçlarına bu gün start verəcək "Sumqayıt” isə Qazaxıstanın "Jetısu” klubu ilə qüvvəsini sınayacaq. Matç Bakı vaxtı ilə saat 18.30-da başlayacaq.
"Sumqayıt” Antalyada daha 3 yoxlama oyunu keçirəcək. "Kimyaçılar” yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə qarşılaşacaq.

 

Oxşar xəbərlər

Bu gün klublarımız yoxlama oyunu keçirəcək
"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq
"Sumqayıt"ın oyunu ləğv edildi
"Sabah"ı "Titanik"də sınayacaqlar - "Tobol"
“Keşlə” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər