reklam
Bu gün klublarımız yoxlama oyunu keçirəcək
Sportfm.az xəbər saytı

Bu gün klublarımız yoxlama oyunu keçirəcək


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

Sportfm.az xəbər verir ki, bu gün ölkə təmsilçilərindən 4-ü yoxlama matçında qüvvəsini sınayacaq. Son ölkə çemnpionu "Qarabağ" qonşu ölkədəki ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan "Qəbələ" Rusiyanın "Çayka" komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19-da start götürəcək.

Macarıstanın digər kollektivi "Kaposvar"a məğlub olan (3:4) "Sumqayıt" isə Rumıniya "Politexnika"sı ilə üz-üzə gələcək. Oyunun Bakı vaxtı ilə saat 17:00-da başlaması nəzərdə tutulub.

Nəhayət Qazaxıstan təmsilçisi "Jetisu"ya minimal hesabla uduzan (0:1) "Səbail" Ukrayna "Olimpik"i ilə münasibətlərə aydınlıq gətirəcək. Bu matç isə saat 18:00-da başlayacaq. 

Oxşar xəbərlər

Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır - Yoxlama görüşü
"Qarabağ" və "Qəbələ"nin növbəti oyunları - Yoxlama görüşü
Klublarımız son yoxlama oyunlarını keçirəcəklər
"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq
Bir gündə 3 oyun - Klublarımız Antalyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər