Gəncədə üsyan - "Kəpəz" məşqləri dayandırdı
Azərbaycan I divizionunda çıxış edən "Kəpəz" klubunun futbolçuları məşqə çıxmaqdan imtina edib.
Sportfm.az saytı qaynarinfo.az-a istinadən xəbər verir ki, futbolçular artıq iki gündür məşqə çıxmır. Buna səbəb isə 3 aydır maaşların verilməməsidir. AFFA tərəfindən himayə olunan klubun üzvlərinə hər həftə maaşların ödəniləcəyi ilə bağlı vəd verilsə də, buna əməl olunmur. Qeyri-müəyyənlikdən bezən futbolçular da məşqə çıxmaqdan imtina edib.
Qeyd edək ki, Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra oğlu Elmir Vəliyev də "Kəpəz"in Müşahidə Şurasının sədrliyindən istefa verib. Bundan sonra onun adamları da klubdan kənarlaşdırılıb. Hazırda Gəncə klubu rəhbərsiz qalıb. AFFA-dan tezliklə kluba rəhbər göndəriləcəyi bildirilsə də, bu baş verməyib.
Onu da qeyd edək ki, I divizionda çıxış edən "Kəpəz" qış fasiləsinə qədər keçirdiyi 13 oyunda 11 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Maaş gecikdi, meydana çıxmadılar - Hadisə
Onlar məşqə çıxmadılar - FOTO
Elmir Vəliyev "Kəpəz"i tərk etdi
"Kəpəz"in Müşahidə Şurasında kim yer alsın? - Tərəflər ortaq məxrəcə gələ bilmir!
"Kəpəz" rəsmisi işdən çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası