Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Polşa klubunun "Qarabağ"ya borclu olduğu ortaya çıxdı
"Lexiya"nın (Qdansk) "Qarabağ"ın futbolçusu Simeon Slavçevə borclu olduğu ortaya çıxıb.
Sportfm.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Bolqarıstanlı oyunçu klubdan ona 4 aylıq maaşının verilmədiyini etiraf edib. Hazırda "Lexiya" maliyyə problemləri ilə üzləşib.
Futbolçular bu səbəbdən məşqdə iştirak etməkdən imtina etsələr də, danışıqlardan sonra məşqlərə qatılıblar.
Qdansk təmsilçisi yanvarın sonuna kimi bu problemin həll olunacağını bildirib. Slavçev 2017-2018 mövsümünü icarə əsasında Polşa klubunda keçirib. 2018-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubunda
"Qəzəbliyəm, çünki "Sportinq"ə qarşı oynamayacam" - Simeon Slavçev
"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə müqavilə bağladı
"Sportinq"in futbolçusu "Qarabağ"a keçir?
“Qarabağ”ın ikinci oyunu da bərabərliklə bitdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası