reklam
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
Sportfm.az xəbər saytı

12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda


Bu gün Affa-nın İntizam komitəsinin növbəti iclası keçirilib. 
Sportfm.az xəbər verir ki, iclasda bir sıra matçlatda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. 
25 dekabr 2018-ci il, U-16 Liqasının “Viləş” (Masallı) – “Keşlə” matçının 27-ci dəqiqəsində “Viləş” klubunun 4 №-li futbolçusu Ramiz Qasımov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 dekabr 2018-ci il, U-16 Liqasının “İsgəmdər Cavadov BFA” – “Qarabağ” matçının 79-cu dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Fidayə Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının “Qəbələ” – “Səbail” matçının 57-ci dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Elmir Hüseynli  hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.3).
22 dekabr 2018-ci il, U-12 Liqasının “Həkəri” FK (Qubadlı) – İOEUGİM (Sumqayıt) matçının 47-ci dəqiqəsində İOEUGİM klubunun 4 №-li futbolçusu İbrahim Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.3).
22 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının “Dinamo” (Balakən) – UGİM (Şəki) matçında UGİM (Şəki) komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
22 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının “Qubek” (Balakən) – “Zaqatala” matçında “Zaqatala” komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 dekabr 2018-ci il, Yüksək Qızlar Liqasının “Fidan” (Bakı) – “Zaqatala” matçının 70-ci dəqiqəsində “Zaqatala” klubunun 6 №-li futbolçusu Hicran Əhmədova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.3).
 

Oxşar xəbərlər

Futzal komandasına texniki məğlubiyyət verildi
Futzalçı 3 oyun cəzalandı
"Hicran"ın baş məşqçisinə ağır cəza
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
İsgəndər Cavadovla oyuna gəlmədilər, məğlubiyyət aldılar!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər