reklam
Futzalçı 3 oyun cəzalandı
Sportfm.az xəbər saytı

Futzalçı 3 oyun cəzalandı


AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə futzal liqalarında baş verən hadisələrlə bağlı qərarlar qəbul edilib. Sportfm.az saytı xəbər verir ki, 2 mart 2019-cu il, futzal üzrə Azərbaycan Birinci Liqasının “Sabunçu” – “Green Log” matçında “Sabunçu” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

2 mart 2019-cu il, futzal üzrə Azərbaycan Birinci Liqasının “Sovetski” – “Yasamal” MFK B  matçının 19-cu dəqiqəsində “Sovetski” klubunun 2 №-li futzalçısı Murad İsmayılovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).

Oyunun 19-cu dəqiqəsində “Yasamal” MFK B klubunun 9 №-li futzalçısı Eşqin Tağıyevin aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır  (maddə 38.2).

Oyunun 23-cü dəqiqəsində “Yasamal” MFK B klubunun 1 №-li futbolçusu İsmayıl Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

3 mart 2019-cu il, futzal üzrə Azərbaycan İkinci Liqasının “Hövsan” – “Gənclik”   matçının 25-ci dəqiqəsində “Gənclik” klubunun 7 №-li futbolçusu Şəhriyar Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

3 mart 2019-cu il, futzal üzrə Azərbaycan İkinci Liqasının “STAR karqo” – “Avanqart” matçının 30-cu dəqiqəsində “Avanqart” klubunun 11 №-li futzalçısı Ravin Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oxşar xəbərlər

Futzal komandasına texniki məğlubiyyət verildi
Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu - AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Rövşən Hüseynli cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər