reklam
UEFA Rusiya klubunu cəzalandırdı
Sportfm.az xəbər saytı

UEFA Rusiya klubunu cəzalandırdı


 
 
UEFA Rusiyanın "Rostov" klubu cəzalandırıb. Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  buna rusiyalı azarkeşlərin "Ayaks”la "pley-off”un cavab matçında irqçi şüarlar səsləndirməsi səbəb olub. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Rostov"un cəzası öz meydanında PSV ilə keçiriləcək oyunda tədbiq olunacaq. Belə ki, "Olimp-2” stadionunun 1500 nəfərlik A tribunasına azarkeş buraxılmayacaq. 

UEFA Rusiya klubunun aparıcı futbolçusu Fedor Kudriaşovu da cəzalandırıb. Ötən oyunda birbaşa qırmızı vərəqə alan müdafiəçi növbəti üç oyunda "Rostov"a kömək edə bilməyəcək.
 
Qeyd edək ki, "Rostov" qrupda   PSV, "Bavariya" və Madrid "Atletiko"su ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

"Rostov" 1/8 finalda - VİDEO
"Rostov"dan böyükhesablı qələbə - VİDEO
"Rostov" "Bavariya"nı belə məğlub etdi - VİDEO
UEFA Teo Uiksi cəzalandırdı
Çempionlar Liqası: Qrup mərhələsinin bütün iştirakçıları bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər