Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA Teo Uiksi cəzalandırdı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Maribor” (Sloveniya) – "Qəbələ” oyununda (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib. Sportfm.az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, səfər görüşünün 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb. Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub.
Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. O, sentyabrın 15-də "Anderlext”lə (Belçika) səfər, 29-da "Mayns”la (Almaniya) ev matçlarında iştirak etməyəcək.
Oxşar xəbərlər
Elçin Məsiyevin səhvinin cəzası - 1000 manat
UEFA Kuarejmaya 3 oyunluq cəza verdi
Karyerasını bitirdikdən sonra cəzalandırıldı
UEFA Rusiya klubunu cəzalandırdı
UEFA "Qəbələ"nin rəqibinin qapıçısını cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası