reklam
Sportfm.az xəbər saytı

"Zirə" və "Sumqayıt" qalib gəldi


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 3 futbol komandası yoxlama oyunu keçirib.

Sportfm.az xəbər verir ki, “Zirə” Macarıstanın “Pakş” kollektivini məğlub edib - 1:0. Qəsəbə təmsilçisinin qoluna 57-ci dəqiqədə İlkin Qırtımov imza atıb.

“Sumqayıt” Makedoniyanın “Vardar” komandasını 3:1 hesabı ilə üstələyib. Komandanın qollarını 54-cü dəqiqədə Arif Daşdəmirov, 57-ci dəqiqədə Xəyal Nəcəfov, 86-cı dəqiqədə isə Elvin Məmmədov vurub.

“Sabah” isə İsveçrə “Syon”unun U-21 komandası ilə heç-heçə edib – 4:4. Paytaxt təmsilçisinin heyətində 14-cü dəqiqədə Marko Deviç, 38-ci dəqiqədə Elşən Abdullayev, 64-cü dəqiqədə Təmkin Xəlilzadə, 90-cı dəqiqədə isə Filip İvanoviç fərqlənib.

Oxşar xəbərlər

“Sabah”dan 4 qol
“Qarabağ” məğlub oldu, toplanışı başa vurdu
Millimiz “Səbail”i məğlub etdi - Yoxlama oyunu
“Sumqayıt” “Zirə”yə qalib gəldi - Yoxlama oyunu
"Neftçi" Rumıniya klubunu məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər