reklam
“Sabah”dan 4 qol
Sportfm.az xəbər saytı

“Sabah”dan 4 qol


Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi paytaxt təmsilçisi Serbiya “Voyvodina”sı ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşmada qapılara 6 qol vurulub. Yekunda “Sabah” 4:2 hesablı qələbəyə sevinib. Hesabı 3-cü dəqiqədə “Sabah”dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Davit Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev “Voyvodina”nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

Xatırladaq ki, “Sabah” ilk sınaq matçında Polşanın “Varta” komandası ilə heç-heçə (1:1) etmişdi.

Oxşar xəbərlər

"Sabah" Türkiyədə sonuncu yoxlama matçına çıxır
“Sabah”ın ilk sınağından bərabərlik - Yoxlama oyunu
“Sabah”ın legioneri 100-ə çatdı
Komandamız Kipr klubuna uduzdu
"Zirə" və "Sumqayıt" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər