reklam
Marçello Lippi Çin yığmasını tərk etdi
Sportfm.az xəbər saytı

Marçello Lippi Çin yığmasını tərk etdi


Futbol üzrə Çin milli komandasının baş məşqçisi Marçello Lippi postundan ayrılıb.

Sportfm.az xəbər verir ki, 71 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin Asiya Kubokunun 1/4 final mərhələsində İran yığmasına 0:3 hesablı məğlubiyyətindən sonra qərarını açıqlayıb.

"Bununla da Çin yığması ilə müqaviləm baş çatır. Çin kimi ölkənin milli komandasına rəhbərlik etmək mənim üçün şərəf idi. Komandanın güclü olması üçün əlimdən gələn hər şeyi etdim. Hər kəsə dəstəyə təşəkkürümü bildirirəm", - Lippi söyləyib.

Qeyd edək ki, 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan M.Lippi 2016-cı ildən Çin yığmasına rəhbərlik edirdi. O, 2012 - 2014-cü illərdə bu ölkənin "Quançjou Everqrand" komandasının baş məşqçisi olub.

Oxşar xəbərlər

Əfsanəvi məşqçi futboldan getdi
Suriya yığması Lippini işsiz qoydu
Çin dünya çempionatı üçün 9 futbolçunu milliləşdirəcək
Marçello Lippi rəsmən Çin millisində
Lippi yenə millini çalışdıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər