Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lippi yenə millini çalışdıracaq
İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi tezliklə yenidən yığmada çalışa bilər. Komanda.az xəbər verir ki, 68 yaşlı mütəxəssis bu dəfə öz ölkəsinin yox, Çin millisinin "sükanı arxasına” keçə bilər. Bu barədə məlumatı "Football İtalia” yayıb. İtalyan həmkarlarımızın yaydığı məlumata görə, Çin Futbol Federasiyasının rəhbərliyiylə böyük ölçüdə razılığa gələn Lippi yaxın günlərdə rəsmi müqavilə imzalayacaq. Karyerası ərzində "Yuventus”, "İnter”, "Napoli” kimi komandalarda baş məşqçi olmuş Lippi, yığma səviyyəsində yalnız İtaliya millisində çalışıb.
İtaliya yığmasında dünya çempionluğunu qazanmış mütəxəssisin son iş yeri Çinin "Quançjou Eveqrande” klubu olub.
Oxşar xəbərlər
Əfsanəvi məşqçi futboldan getdi
Marçello Lippi Çin yığmasını tərk etdi
Marçello Lippi rəsmən Çin millisində
Yığmamızın sabiq baş məşqçisi vəfat edib
Kannavaronun yeni klubu müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası