Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Keşlə" Venesuela yığmasının futbolçusunu transfer etdi
"Keşlə" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportfm.az xəbər verir ki. bu barədə "report"a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib. O, bildirib ki, Venesuela yığmasının futbolçusu Luis Penya müqavilə bağlamaq üçün Bakıya gəlib: "Bu futbolçu bizdə baxışda olmayıb, lakin oyununu izləyib, bəyənmişik. Pleymeyker mövqeyində çıxış edir. Onunla bir illik müqavilə bağlayacağıq".
Qeyd edək ki, 30 yaşlı Luis Anxelo Penya Puentosin son klubu vətənində "Mineros Quayana" olub. O, daha əvvəl Venesuelanın "Estudiantes", "Karakas", "Deportivo Taçira", "Samora", Portuqaliyanın "Braqa", "Portimonensi" və Braziliyanın "Nautiko" komandalarının formasını geyinib.
Oxşar xəbərlər
"Keşlə"də yeni hücumçu - Müqavilə
Moldovalı qapıçı "Keşlə"də qalacaq
Venesuelalı futbolçu "Keşlə"də
Türkiyədə çıxış edən azərbaycanlı futbolçu "Keşlə"də
“Keşlə” serbiyalı futbolçu ilə güclənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası