"Bakıda nə edəcəkdim?" -Yunan futbolçu
“Futbolçu karyeramı erkən bitirdiyimi düşünmürəm”.
Sportfm.az xəbər verir ki, bu sözləri Yunanıstan millisinin sabiq futbolçusu İoannis Amantidis deyib.
Hazırda Almaniyanın “Sankt Qallen” klubunda məşqçi kimi çalışan sabiq hücumçu müsahibəsində 2011-ci ilcə verdiyi qərara aydınlıq gətirib.
29 yaşında futbolçu karyerasını bitirən Amantidis həmin vaxt Azərbaycanda oynamaqdan imtina etdiyini də açıqlayıb.
“Ştutqart”, “Kayzerslautern” və “Ayntraxt”la Bundesliqada oynamış hücumçu nisbətən zəif çempionatlarda oynamaqdansa, məşqçiliyə başlamağa üstünlük verib:
“Həmin vaxt Ukrayna və ya Azərbaycana gedə bilərdim. Amma Bakıda nə edəcəkdim? Mən heç vaxt başqaları kimi acgöz olmamışam”.
Amantidis 2002-09-cu illərdə çıxış etdiyi Yunanıstan yığmasında 35 oyunda 3 qol vurub.
Oxşar xəbərlər
Azərbaycanda oynamış ukraynalı futbolçu karyerasını bitirdi
Azərbaycan millisinin keçmiş üzvü karyerasını bitirdi - 34 yaşında
“Atletiko”nun sabiq kapitanı futboldan getdi - 37 yaşında
Millinin sabiq oyunçusu karyerasını bitirdi – 32 yaşında
“Azərbaycanda futboldan həzz almırdım” - Millinin sabiq futbolçusu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası