Sponsordan qəribə tələb -adını formaya yazma!
Yayda "Barselona”ya üz tutacağı dəqiqləşən Frenki de Yonq çətin duruma düşüb.
Sportfm.az xəbər verir ki, gənc futbolçu qəribə tələblə üz-üzə qaldığını özü söyləyib.
İş ondadır ki, "Barsa”nın texniki sponsoru "Nike” futbolkanın arxasında de Yonq deyil, Frenki yazılmasını istəyir.
Şirkət bunu marketinq siyasəti ilə əlaqələndirir. Oyunçu isə şirkətin tələbləri ilə razılaşmır:
"İyulda "Barselona”da olacam. 21 nömrəli formanı istəyirəm. "Nike” isə məndən formamın arxasına soyadımı deyil, adımı yazdırmağımı istəyir. Bilmirəm, bunu qəbul edəcəm, ya yox”.
De Yonqun transferi Kataloniya klubuna 75 milyon avroya başa gəlib. Müqavilənin şərtinə əsasən oyunçu yaya qədər "Ayaks"da qalacaq.
Oxşar xəbərlər
Dünyanın ən dəyərli yarımmüdafiəçiləri - SİYAHI
Joao Feliks Messini arxada qoydu - La Liqa
3 futbolçu maaşının azaldılmasına razıdır – “Barselona”da
De Yonq mövsümün ən yaxşısı seçildi
300 minə alınan futbolçunu 75 milyona transfer edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası