reklam
Azərbaycan 24-cü pillədə qərarlaşdı -
Sportfm.az xəbər saytı

Azərbaycan 24-cü pillədə qərarlaşdı -UEFA reytinqi


Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

Sportfm.az xəbər verir ki, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun oyunlarından sonra bəlli olub.

İsrailin “Hapoel” (Beer-Şeva) klubu Belçikada “Yunion”a dörd cavabsız topla uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.

Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.

UEFA reytinqində İngiltərə (106.463) birinci pillədə qərarlaşıb.

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Sabah” komandasıdır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubuna uduzub – 1:2.

Oxşar xəbərlər

Azərbaycan yerini qorudu - UEFA Reytinqi
Azərbaycan 26-cı pillədə qərarlaşdı - UEFA reytinqi
UEFA reytinqində 27-ci pillədə qaldıq
Azərbaycan 25-ci pillədə qərarlaşdı - UEFA reytinqi
UEFA reytinqində xal ehtiyatımız artdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər