reklam
Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı
Sportfm.az xəbər saytı

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı


Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən Oruc Vəlizadə İtaliyanın paytaxtı Romada keçirilən cüdo üzrə Avropa kubokunda qızıl medal qazanıb.

Sportfm.az xəbər verir ki, cüdoçumuz Rusiya, Fransa, Qazaxıstan nümayəndələrini məğlub edərək qrup birincisi kimi yarımfinala çıxıb.

Bu mərhələdə fransız Silveyn Julenə qalib gələn Vəlizadə finalda qazaxıstanlı Dauren Syukenovu da məyus edərək Avropa kubokunun sahibi olub.

Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.

66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov isə ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, İtaliya turnirində 46 ölkədən 275 cüdoçu iştirak edir.

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.

Oxşar xəbərlər

3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Azərbaycan cüdoçuları 6 medal qqazandı - Açıq Avropa turniri
Cüdoçumuzlarımız yarımfinalda - Avropa kuboku
Qələbəyə çox az qalmışdı
Cüdoçularımız Polşada 1 qızıl və 1 gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər