reklam
Azərbaycanlı idmançı 19 yaşlı gənci qətlə yetirdi -
Sportfm.az xəbər saytı

Azərbaycanlı idmançı 19 yaşlı gənci qətlə yetirdi -FOTO


Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir  zərbə ilə qətlə yetirib.

Sportfm.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident fevralın 16-da "Loft" gecə klubunun yaxınlığında baş verib. İddialara görə, azərbaycanlılarla çıxan davada Aleksandr Ruslanın qardaşını təhqir edib. Əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra isə mübahisə qızışıb və nəticədə Ruslan özündən fiziki cəhətdən zəif olan Aleksandra yumruq zərbəsi endirib. Babareviç bir zərbə ilə asfalta yıxılıb və həyatını itirib.

R.İsayev hazırda həbsdədir. Ona qarşı "qətl" maddəsi üzrə cinayət işi açılıb. İstintaq aparılır.

Oxşar xəbərlər

Azərbaycanda peşəkar idmançı öz bacısını qətlə yetirdi - Olay
Qətl törədən azərbaycanlı idmançı ilə bağlı qərar verildi - Ukraynada
Cüdo üzrə ölkə çempionu küçə davasında qətlə yetirildi - Dəhşətli olay
Futbolçu taksi sürücüsünü qətlə yetirdi
Gəncə sakinini qətlə yetirən şəxs dəfələrlə Azərbaycan çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər