Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gəncə sakinini qətlə yetirən şəxs dəfələrlə Azərbaycan çempionu olub
Gəncədə 39 yaşlı şəhər sakini Ramin Orucovu qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Sportfm.az saytı lent.az-a istinadən bildirir ki, Kəpəz rayonu ərazisində yerləşən "Sərçə bazarı" adlanan yerdə R. Orucovu ağır zərbələrlə vuran şəxsin 1994-cü il təvəllüdlü Eldəniz Məmmədovun olması müəyyənləşib. Bu səbəbdən də o, saxlanılıb.
Eldəniz Məmmədov səmimi şəkildə törətdiyi əməli etiraf edib. O, bildirib ki, hadisəyə səbəb Ramin Orucovun onun atasını söyməsi olub. Buna qəzəblənən 23 yaşlı gənc Ramin Orucova yumruq-təpik zərbələri vurub.
Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Eldəniz Məmmədov Kikboks üzrə dəfələrlə Azərbaycan çempionu oub.
Oxşar xəbərlər
7 yaşlı uşaq cüdo zalında necə ölüb? - Aydınlaşdı
Zalda dünyasını dəyişən 7 yaşlı uşaqla bağlı açıqlama - RƏSMİ
Azərbaycan çempionunu öldürən şəxs həbs edildi
Cavid Hüseynov azadlığa buraxıldı
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası