reklam
İnventarı olmayan Tovuz klubu cəzalandı
Sportfm.az xəbər saytı

İnventarı olmayan Tovuz klubu cəzalandı


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Sportfm.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: 

“Səbail-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat  cərimə olunub. 

“Şüvəlan” – “Qarabağ-2” matçında “Qarabağ-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. 

“Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandasının yubanması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Qarabağ-2” 80 manat cərimələnib. 

“Turan Tovuz” – “Neftç-2” matçında “Neftçi-2”-nin üzvü Rəhman Daşdəmirov matçın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. 

“Turan Tovuz” – “Neftç-2” matçında lazimi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunub. 

“Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu 80 manat cərimə olunub. 

“Sabah -2”- “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubu matçın ilkin ptotokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu 80 manat cərimələnib.

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
Divizion klublarının cəzası açıqlandı
I Divizion klublarının cəzası açıqlandı
AFFA I Divizion klublarını cərimələdi
“Kəpəz”ə texniki məğlubiyyət verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər