reklam
Dünyada ən çox driblinq edən futbolçu kimdir?
Sportfm.az xəbər saytı

Dünyada ən çox driblinq edən futbolçu kimdir?


“Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi dünyada ən çox driblinq edən futbolçudur.

Sportfm.az xəbər verir ki, “CIES Football Observatory” analitik mərkəzi 2018-ci ildə Avropanın ən böyük beş liqasında ən çox driblinq edən 50 futbolçunun siyahısını dərc edib. Siyahının birinci pilləsində 31 yaşlı argentinalı hücumçu qərarlaşıb. O, orta hesabla hər 19.2 dəqiqədən bir driblinq edib. Fransanın “Nitsa” komandasının hücumçusu Allan Sen-Maksimen (19.8) ikinci, Belçikalı hücumçu Eden Hazard (21.0) isə üçüncü yerdə qərarlaşıblar. Kilian Mbappenin 29-cu olduğu siyahıya Kriştiano Ronaldonun adı daxil edilməyib.

Təhlillər ən azı 1800 dəqiqə meydanda olan futbolçular arasında aparılıb.

Oxşar xəbərlər

Ən çox uğurlu driblinq edən futbolçular - Çempionlar Liqası
Ən yaxşı driblinq edən futbolçular - AVRO-2020
Neymar Messinin rekordunu qırdı - 18 uğurlu driblinq
Ən yaxşı driblinq ustaları - Messi "ilk üçlük"də yoxdur
Dünyanın ən bahalı futbolçularının adları məlum oldu - Ronaldo siyahıda yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər