Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”da maarifləndirici seminar keçirildi
“Qarabağ” Futbol Klubunun akademiyasında futbol mərcləri və bu fəaliyyətin hüquqi nəticələri ilə bağlı maarifləndirici seminar təşkil olunub.
Sportfm.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən tədbirdə futbolçulara oyunlara mərc etməyin mahiyyəti, mövcud qanunvericilik və qanun pozuntularının hüquqi nəticələri haqqında detal məlumat verilib.
Tədbirin əsas məqsədi idmançıların məsuliyyətli davranışa təşviq edilməsi və hüquqi məlumatlılığının artırılması olub.
Seminar çərçivəsində mövzunun daha yaxşı mənimsənilməsi üçün interaktiv tapşırıqlar və sual-cavab sessiyaları da təşkil edilib.

Oxşar xəbərlər
AMADA “Zirə” üçün seminar keçirdi
AMADA-dan “Qarabağ”ın U-19 komandası üçün seminar
“Neftçi” üçün seminar keçirildi
“Baku Sportinq” Akademiyasında Maarifləndirici Seminar - FOTOLAR
Millimizin futbolçuları üçün seminar keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası