Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu -AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
Bu gün AFFA-nın İntizam komitəsinin iclası keçirilib. Sportfm.az xəbər verir ki, iclasda futzal liqalarında baş verən olaylar bağlı qərarlar da çıxarlıb. Həmin qərarları diqqətinizə çatdırırıq:
11 oktyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində “Standard” klubunun 99 №-li futzalçısı Anar Həsənov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 24-cü dəqiqəsində “Standard” klubunun 10 №-li futzalçısı Seyidrəzi Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 30-cu dəqiqəsində “Standard” klubunun 55 №-li futzalçısı Fəyar Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
12 oktyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Yasamal İSK-2” – U-19 matçının 25-ci dəqiqəsində “Yasamal İSK-2” klubunun 13 №-li futzalçısı Nihad Mahmudov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
12 oktyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Baku Fans” matçının 22-ci dəqiqəsində “Forza Neftçi” klubunun 14 №-li futzalçısı Natiq Kərimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 27-ci dəqiqəsində “Baku Fans” klubunun 8 №-li futzalçısı Saleh Əzizov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
12 oktyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Rəyyan MFK” – AzMİU matçının 30-cu dəqiqəsində AzMİU klubunun 15 №-li futzalçısı Onur Tatay ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
13 Oktyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Altay” – “Zirvə Bakı-2” matçının 23-cü dəqiqəsində “Zirvə Baku-2” klubunun 6 №-li futzalçısı Vüsal Nəsirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
13 Oktyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Borçalı” – “Star Karqo-2” matçının 21-ci dəqiqəsində “Borçalı” klubunun 92 №-li futbolçusu Asif İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oxşar xəbərlər
Futzal komandasına texniki məğlubiyyət verildi
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Balarza hakimi təhqir etdi, 4 oyun cəzalandı
"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
Futzalçı 3 oyun cəzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası