Azərbaycan millisi dünya çempionatının ilk turunda məğlub oldu
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.
Sportfm.az xəbər verir ki, duel Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Rauf Məmmədov Dinq Lirenə, Eltac Səfərli Vey Yiyə, Qədir Hüseynov isə Yu Yanqyiyə məğlub olub.
Nicat Abbasov isə Bu Syançji ilə heç-heçə oynayıb.
Qeyd edək ki, Azərbaycan yığması ikinci turda İngiltərə ilə qarşılaşacaq.
Dünya çempionatı, I tur
Çin - Azərbaycan - 3,5 : 0.5
Dinq Liren - Rauf Məmmədov - 1:0
Yu Yanqyi - Qədir Hüseynov - 1:0
Vey Yi - Eltac Səfərli - 1:0
Bu Syançji - Nicat Abbasov - 0,5:0,5
Birinci turun digər qarşılaşmaları
Hindistan - İsveç - 3.5:0.5
İran - Rusiya - 1.5:2.5
Misir - ABŞ - 1:3
İngiltərə - Qazaxıstan 2.5:1.5
Oxşar xəbərlər
Azərbaycan Rusiya ilə heç-heçə etdi
Yığmamız dünya çempionatında üçüncü məğlubiyyətlə üzləşdi
Dünya çempionatının ikinci turunda da məğlub olduq
Yığmamız İngiltərə komandası ilə qarşılaşacaq
Millimiz mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








.jpg)






Misli Premyer Liqası