9 güləşçimiz Avropa çempionatında iştirak edəcək
Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək 23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, yarışda gənclərdən ibarət yığmanın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 9 pəhləvan - İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) iştirak edəcək.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur. Avropa çempionatında sərbəst güləşçilər 8 - 10 martda çıxış edəcəklər.
Oxşar xəbərlər
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz məlum oldu
Millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
Güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışına başladı
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Əşrəf Əliyev güləşçilərimizi Mazandarana aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası