reklam
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Sportfm.az xəbər saytı

Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər


Azərbaycanın sərbəst güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçiriləcək “Continental Cup” turnirində iştirak edəcəklər.

Sportfm.az xəbər verir ki, noyabrın 16-da start götürəcək yarışda məşqçilər - Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (hamısı 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (hər ikisi 92 kq) və Roman Bəkirov (97 kq) iştirak edəcək.

Üç gün davam edən turnirdə Azərbaycanın II dərəcəli beynəlxalq hakimləri Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyacaq. 

Oxşar xəbərlər

Hacıyev Qitələrarası Kubokda bürünc medal qazandı
Azərbaycanın 12 güləşçisi Qitələrarası Kubokda iştirak edəcək
Güləşçilərimizdən “Continental Cup” turnirində iki medal
Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iki medal qazandı
Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər