reklam
Premyer Liqada Rəhim şousu -
Sportfm.az xəbər saytı

Premyer Liqada Rəhim şousu -VİDEO


Futbol üzrə İngiltərə Premyer Liqasının XXX turunun növbəti oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Manşester Siti” doğma azarkeşlər önündə “Vatford” komandasını qəbul edib.

Görüş "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrinin heyətində hər üç qolu Rahim Sterlinq (46, 50, 59) vurub. Qonaqların isə yeganə qoluna Gerard Delafeo (66) imza atıb.

Bu qələbədən sonra xalların sayını 74-ə çatdıran “Mançester Siti” turnir cədvəlində liderliyi davam etdirir, “Vatford” isə 43 xalla 8-ci yerdə qərarlaşıb.

Premyer Liqanın iddialı komandalarından sayılan “Tottenhem” səfərdə “Southemton”a gözlənilmədən məğlub olub - 2:1.

Turun digər oyunlarının nəticələrini təqdim edirik:

“Kristal Palas” – “Brayton” - 1:2;

“Kardiff Siti” – “Vest Ham” - 2:0;

“Haddersfild” – “Bormunt” - 0:2;

“Lester Siti” – “Fulhem” - 3:1;

“Nyukasl” – “Everton” - 3:2.

Qeyd edək ki, tura martın 10-da “Liverpul” – “Börnli”, “Çelsi” – “Volverhemton”, “Arsenal” – “Mançester Yunayted” oyunları ilə yekun vurulacaq.

 

Oxşar xəbərlər

“Mançester Siti” 4 qolla qalib gəldi - Premyer Liqa
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
"Liverpul" yenə xal itirdi - VİDEO
"Mançester Siti" təqibi davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər