Şehiçin qapısına 3 dəfə penalti təyin edildi - VİDEO
Türkiyə Super Liqasında 25-ci turun görüşləri keçirilir.
Sportfm.az xəbər verir ki, "Qarabağ"ın sabiq qolkiperi İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" səfərdə "Alanyaspor"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Qarşılaşmada qonaqların qapısına 3 dəfə penalti təyin edilib. Bunlardan biri qolla nəticələnib. Digər penaltini isə İbrahim Şehiç dəf edib. Sonuncu penaltidə isə top çərçivədən aralı keçib.
Super Liqada turnir cədvəlinə 57 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 46 xalla 2-ci, "Beşiktaş" 44 xalla 3-cü, "Trabzonspor" 40 xalla 4-cüdür. "Alanyaspor" 34 xalla 8-ci, "Ərzurumspor" 22 xalla 17-ci sırada qərarlaşıb.
"Alanyaspor" - "Ərzurumspor" - 2:1
Qollar: Pappis Sisse, 45+1, Vellinton, 59 (pen.) - Jil Sono, 77 (pen.)
Qeyri-dəqiq penaltilər: Pappis Sisse, 50, 90+4
Oxşar xəbərlər
"Trabzonspor"a çempionluq yolunda böyük zərbə - VİDEO
"Fənərbaxça" xal itirdi
"Ərzurumspor" yenə İstanbuldan xalla dönür - VİDEO
Şehiç "Beşiktaş"a 3 xal qazanmağa imkan vermədi - VİDEO
Şehiç oynadı, "Fənərbaxça" evdə xal itirdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası