Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qızlar Futzal Kuboku” bu dəfə Qaxda
Martın 13-də və 14-də Qax rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. UEFA-nın dəstəyi ilə keçiriləcək turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunacaq. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.
Oxşar xəbərlər
“Qızlar futzal kuboku” turniri keçiriləcək
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçiriləcək
Tülü kəndinin komandası birinci oldu
Balakəndə “Qızlar futzal kuboku” turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası