reklam
Futzal Federasiyasının rəsmisi:
Sportfm.az xəbər saytı

Futzal Federasiyasının rəsmisi:"Hakimlərə hansısa təzyiqdən söhbət gedə bilməz"


Futzal üzrə İkinci Liqada XXV turun oyunları keçirilib.

Olimpik Star İdman Kompleksində baş tutan görüşlər zamanı xoşagəlməz olaylar yaşanması barədə saytımızda xəbər vermişdik.

Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov saytımıza müsahibəsində dava-dalaşla müşayiət olunan "Atletiko"-"Borçalı" və "Bədr Xocalı"-"Obolon" matçlarında yazıldığı kimi hakimlərə təzyiq olmadığını bildirib: "Bəli, qarşılaşmalar zamanı komandalar arasında gərginlik yaşandı, əsasən də rəhbərlər bir-biri ilə mübahisə etdilər. Ancaq hakimlərə hansısa təzyiqdən söhbət gedə bilməz". 

Qeyd edək ki, futzal çempionatlarının oyunları zamanı təhlükəsizliyin təmin edilməməsi uzun müddətdir gündəmə gətirilir. Amma, təəssüflər olsun ki, uzun illərdir bu məsələ öz həllini tapmır. 

 

 

 

 

Oxşar xəbərlər

Söyüş, təpik və hakimə təzyiq - Futzal çempionatında yenə olay var!
İkinci Liqada oyunların vaxtı bilindi
Futzal Federasiyası komandaları necə aldatdı?
Futzal üzrə İkinci Liqada oyun cədvəli məlum oldu
Birinci və İkinci Liqanın püşkatması keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər