reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Gənclər Liqasının çempionu oldu


“Qəbələ”nin U-19 komandası AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olub.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün start götürən IV dövrənin ilk turunda qızıl medalları təmin edib.

XXII turda “Qarabağ”la qarşılaşan Famil Xəlilovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə ilə 1-ci yeri rəsmiləşdirib.

Xal hesabını 60-a çatdıran “Qəbələ” ən yaxın izləyicisi “Keşlə”dən 21 xal uzaqlaşıb. Bu gün “Sumqayıt”la görüşən paytaxt təmsilçisi bütün matçlarda qalib gəlsə də, şəxsi oyunların (2:0, 5:0, 3:0) nəticəsinə görə “qırmızı-qaralar” əsas rəqibini arxada qoyacaq. 

Bu çempionluq "Qəbələ"yə ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ verib.

Xatırladaq ki, “Qəbələ” tarixində 4-cü dəfə U-19-ların yarışının qalibi olub. 2012/13, 2015/16 və 2017/18 mövsümlərində də qızıl medalları “qırmızı-qaralar” qazanıb.

Oxşar xəbərlər

"Qəbələ" UEFA Gənclər Liqasına vəsiqə qazandı
"Qəbələ"nin tarixdə 5-ci, ardıcıl 3-cü
"Qəbələ"dən 5 cavabsız qol
"Qəbələ" çempion oldu
"Qəbələ"nin "böyüklər"i "kiçiklər"dən öyrənsin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər