reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" UEFA Gənclər Liqasına vəsiqə qazandı


"Qəbələ"nin U-19 komandası Gənclər Liqasının qalibi olub.

Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar" çempionluğu XXV turdan təxirə salınmış matçda qazanıb.

"Qarabağ"la səfər oyununda 6:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi 23 görüşdən sonra xallarını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin baş məşqçi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.

U-19 bu nəticə ilə 2022/2023 mövsümündə UEFA Gənclər Liqasında iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu, "Qəbələ"nin Gənclər Liqasında 7-ci çempionluğudur. "Qırmızı-qaralar" 2012/2013, 2015/16, 2017/2018, 2018/2019, 2019/2020 və kubok formatında keçirilən 2020/2021 mövsümlərinin qalibi olub.

Oxşar xəbərlər

"Qəbələ"nin tarixdə 5-ci, ardıcıl 3-cü
"Qəbələ" APOEL-lə bərabərə qaldı
"Qəbələ" Gənclər Liqasının çempionu oldu
"Qəbələ" çempion oldu
"Qəbələ"nin "böyüklər"i "kiçiklər"dən öyrənsin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər