reklam
Gəncədə məşqçi kursu keçirildi -
Sportfm.az xəbər saytı

Gəncədə məşqçi kursu keçirildi -FOTO


AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilir.

Sportfm.az xəbər verir ki, kursun ilk günündə futbolda təzyiqlər, məqsədlər, qərar vermək, sağlam həyat tərzi, metodoloji üsullar, məktəbdə futbol oyununun prinsipləri, məktəblilərlə davranış, oyunçuların bacarıqlarının inkişafi, futbol texnikası, koordinasiya  haqqında nəzəri və praktiki məşğələlər keçirilib. 54 müəllimin iştirak etdiyi məşğələlər zamanı UEFA nümayəndəsi Jamie Houchen öz təcrübəsini bölüşüb, Gəncədə fəaliyyət göstərən məktəblərdə həyata keçirilən “Məktəblərdə futbol dərsi” layihəsi ilə tanış olub.
Kursa sabah yekun vurulacaq. Dərslərdə fərqlənən müəllimlərə diplomlar təqdim olunacaq. 

Oxşar xəbərlər

Mingəçevirdə D kateqoriyalı məşqçi kursu davam edir - FOTO
D kateqoriyalı məşqçi kursunda 50 müəllim iştirak edir - FOTO
Naxçıvanda lisenziyalar təqdim olundu - FOTO
Lənkəranda “Məktəblərdə futbol dərsi”nə start verildi - FOTO
Sumqayıtda 48 müəllim üçün məşqçi kursu keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər