reklam
Boksçumuz Avropa çempionatında bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Boksçumuz Avropa çempionatında bürünc medal qazandı -FOTO


Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. 

Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. 

49 kq çəki dərəcəsində qüvvəsini sınayan Rüfət Hüseynov final üçün Rusiya idmançısı ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından Hüseynov bürünc medalla kifayətlənib. Bu, Azərbaycan millisinin Vladiqafqazda ilk mükafatı olub.

Qeyd edək ki, yarımfinal mərhələsi bu gün başa çatacaq. 1/2 finalda Cəbrayıl Yelekov (81 kq) Aleksandr Poxrebnyakla (Ukrayna), Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) döyüşəcək.

Oxşar xəbərlər

Boksçularımız Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazandı
Abdullayev Avropa çempionu oldu
Boksçumuz Avropa çempionatının finalına vəsiqə qazandı
Vladiqafqazda azərbaycanlıdan böyük uğur
Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər