Boksçumuz Avropa çempionatında ilk qələbəsini qazandı
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, çempionatın birinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb.
Altmış dörd kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranj ilə üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da səkkizdəbir finalda ispaniyalı Adrian Kreusla gücünü sınayacaq.
Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahel ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib.
Bu gün millimizin daha iki üzvü mübarizəyə qoşulacaq. Nicat Həsənov (69 kq) Saymonas Banis (Litva), Amin Kuşkov (75 kq) isə Proton de la Şappel Lakelo (Belçika) ilə görüşəcəklər.
Oxşar xəbərlər
Boksçumuz Avropa çempionatında bürünc medal qazandı - FOTO
Boksçumuz Avropa çempionatında mərhələ adladı
Vladiqafqazda azərbaycanlıdan böyük uğur
Boksçularımız Avropa birinciliyinin final mərhələsinə yüksəldi
Boksçumuz ermənini rinqə çıxmağa peşman etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası