Dzerbodan sonra ikinci sırada yer aldı
“İnter” Avropa Liqasının 1/8 finalının cavab oyununda “Ayntraxt”a məğlub olub.
Sportfm.az xəbər verir ki, 0:1 hesabıyla bitən görüş, “İnter”in futbolçusu Sebastyan Espozito üçün əlamətdar olub.
Belə ki, Espozito avrokuboklarda iştirak edən ən gənc 2-ci futbolçu ünvanını qazanıb. 73-cü dəqiqədə Borxa Valeronun yerinə meydana daxil olan hücumçu, 16 yaş 255 günlük idi.
Avrokuboklarda iştirak edən ən gənc futbolçu isə “Palermo”nun üzvü Qabriele Dzerbo olub. O, 2010-cu ildə “Palermo” – “Lozanna” matçında iştirak edəndə, 16 yaş 213 günlük idi.
“İnter” ilk oyunda səfərdə qolsuz bərabərə qaldığı “Ayntraxt”a cavab matçında 0:1 hesabıyla məğlub olaraq, Avroliqada mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Gürcü futbolçu “Napoli”nin tarixinə düşdü - UĞUR
İnanılmaz göstərici - 800 oyun
“Neftçi” “Qalatasaray”ın tarixinə düşdü - 100-lə
Hacı rəmzi komandada - FOTO
KONKAKAF-da çempion məlum oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası