reklam
Sportfm.az xəbər saytı

"Neftçi" penalti qolu ilə qalib gəldi


Bu gün Topaz Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib. 

Sportfm.az xəbər verir ki, 22-ci turun açılış matçında "Zirə" "Səbail"i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. 

Digər görüşdə isə lider "Neftçi" "Keşlə"nin qonağı olub və 1:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, turun digər iki oyunu aprelin 1-də baş tutacaq.

 

“Zirə” – “Səbail” - 1:2

Qollar: Xulio Sezar Rodriqes, 69 - Ağabala Ramazanov, 41, Şəhriyar Rəhimov, 90+4

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu, 16:00

 

“Keşlə” – “Neftçi” - 0:1

Qol: Emin Mahmudov, 78 (pen.)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

“ASK Arena”, 18:30

Oxşar xəbərlər

"Səbail" "Zirə"yə qalib gəldi
Premyer Liqada 22-ci turun təyinatları açıqlandı
"Neftçi" evdə xal itirdi
"Neftçi" və "Qəbələ" xal itirdi
Maşallah Əhmədovun "ayağı" "Zirə"yə "düşəcəkmi"?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər