reklam
Kamran Ağayev üçün mövsüm bitdi
Sportfm.az xəbər saytı

Kamran Ağayev üçün mövsüm bitdi


Ötən gün Topaz Premyer Liqanın 22-ci turunun "Neftçi" ilə oyununda (0:1) zədələnən "Keşlə"in kapitanı Kamran Ağayevin durumuna aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, müayinədən keçən 33 yaşlı qolkiperin qolunda çat aşkarlanıb.

Həkimlər təcrübəli qapıçının təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. Bu isə o deməkdir ki, Kamran üçün bu mövsüm vaxtından əvvəl başa çatıb. Onun iyun ayında millimizin "Avro-2020"nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə Bakıda keçirəcəyi matçları da buraxacağı istisna olunmur.

Oxşar xəbərlər

Kevin Medina üçün il bitdi - 4 həftə oynamayacaq
Maykl Essyen sıradan çıxdı
Kamran Ağayevin dostunun şit zarafatı - avtomobil qəzası olmayıb
"Neftçi"də şok itki - Kapitan 6 aylığa sıradan çıxdı
Kamran Ağayevin “kitab”ı necə bağlandı? - Baş məşqçi açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər